Almaniya ABŞ silahlarını öz ərazisində istehsal etmək istəyir
Almaniya ABŞ silahlarının ölkə ərazisində istehsalına icazə verilməsi üçün Vaşinqtona təzyiq göstərir. Məqsəd Avropanın yenidən silahlanmasını sürətləndirmək və ABŞ-ın NATO-ya bağlılığını gücləndirməkdir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata görə, Berlin ABŞ-la birlikdə “Tomahawk” qanadlı raketlərinin və modernləşdirilmiş “Patriot” (PAC-3) raket sistemlərinin birgə istehsalını müzakirə edir. Bildirilir ki, ABŞ rəsmiləri bu təşəbbüsə gözləniləndən daha müsbət yanaşıblar.
Almaniya tərəfi hesab edir ki, ölkənin sənaye potensialı ABŞ-da mövcud istehsal problemlərinin həllinə və Avropaya silah tədarükünün sürətlənməsinə töhfə verə bilər. Bu isə Rusiya təhlükəsinə qarşı Avropanın müdafiə imkanlarını gücləndirməyə yönəlib.
Qeyd edək ki, hazırda Almaniya və ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq çərçivəsində “F-35” qırıcılarının hissələrinin “Rheinmetall” şirkəti tərəfindən istehsalı və “Patriot” raketlərinin birgə istehsalı həyata keçirilir.
14:36 01.07.2026
Oxunuş sayı: 60