İran Hörmüz boğazı ilə bağlı Omana xəbərdarlıq edib
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran Hörmüz boğazının idarə olunması ilə bağlı Omanla razılıq əldə etməyə çalışır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, əgər Oman bu əməkdaşlığa qoşulmaq istəməzsə, İran prosesi təkbaşına davam etdirə bilər.
Qəribabadi bu açıqlamanı Omanın xarici işlər naziri Bədr əl-Busəidinin Hörmüz boğazından keçən gəmilərdən tranzit haqqı alınmasının beynəlxalq hüquqa zidd olduğunu bildirməsindən sonra verib.
Oman tərəfi tranzit haqqının tətbiqini dəstəkləmədiyini açıqlayıb.
Buna cavab olaraq iranlı rəsmi Tehranın Hörmüz boğazının idarə olunması məsələsində Omanla anlaşmaya üstünlük verdiyini qeyd edib və tərəflərin xidmətlərə görə ödəniş məsələsində müəyyən ortaq mövqedə olduğunu bildirib.
22:24 30.06.2026
Oxunuş sayı: 50