Kollecdən təqdirəlayiq addıım
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci yüksək nəticə göstərən tələbələrin dəstəklənməsi məqsədilə yeni məqsədli təqaüdlər təsis edir.
Crossmedia.az xəbər verir ki, təhsil müəssisəsində "Heydər Əliyev Təqaüdü" təhsil müddətində ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) malik tələbəyə aylıq 200 manat məbləğində məqsədli təqaüd nəzərdə tutur.
Bundan başqa, DİM qəbul imtahanında kollecə qəbul olunanlar arasında ən yüksək bal toplayan tələbəyə aylıq 150 manat məbləğində məqsədli təqaüd veriləcək.
Eyni zamanda, "Lütfi Zadə Təqaüdü" kompüter yönümlü ixtisas üzrə təhsil alan və ən yüksək ÜOMG-yə malik tələbəyə aylıq 150 manat məbləğində məqsədli təqaüdün verilməsini nəzərdə tutur.
Kollecdən bildirilib ki, burada bilik və əzm qiymətləndirilir, uğur isə mükafatlandırılır. Abituriyentlər gələcəklərini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci ilə quraraq yüksək nəticələri sayəsində məqsədli təqaüdlərə layiq ola bilərlər.
20:23 30.06.2026
Oxunuş sayı: 91