Azərbaycan və Türkiyə milli irsin qorunması üçün UNESCO-ya müraciət edib
Türkiyə və Azərbaycan ortaq mədəni irsin qorunması istiqamətində növbəti mühüm addım atıb. İki qardaş ölkə paxlavanın UNESCO səviyyəsində qorunması və onun mənşəyinin beynəlxalq müstəvidə daha dəqiq təsbit edilməsi məqsədilə birgə müraciət edib. Təşəbbüs həm mədəni irsin qorunması, həm də tarixi-mədəni dəyərlərin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir. Son illər region xalqlarının ortaq və milli mədəni irs nümunələrinin mənimsənilməsi ilə bağlı müzakirələr bu məsələnin aktuallığını daha da artırıb. Bu baxımdan, Türkiyə və Azərbaycanın birgə mövqedən çıxış etməsi diqqət çəkən addım kimi qiymətləndirilir. Belə təşəbbüslər mədəni irsin beynəlxalq səviyyədə tanınmasına və qorunmasına əlavə töhfə verə bilər. Eyni zamanda, bu addım gələcəkdə oxşar mədəni irs nümunələrinin qeydiyyatı üçün də mühüm presedent hesab olunur. Bəs bu müraciət nə dərəcədə vacibdir? O, milli-mədəni dəyərlərimizə qarşı mənimsəmə cəhdlərinin qarşısının alınmasına real təsir göstərə bilərmi?
Mövzu ilə bağlı Milli Məclisin deputatı Fariz İsmayılzadə Crossmedia.az-a açıqlama verib:

“Bu çox
gözəl təşəbbüsdür və mən bu təşəbbüsü dəstəkləyirəm. Eyni zamanda bu bizim həmrəyliyimizin
simvoludur ki, biz beynəlxalq forumlarda təşəbbüslər qoyuruq, əməkdaşlıqlar həyata
keçiririk. Bu məsələ tək bir paxlava ilə məhdudlaşmır. Bunun nümunəsində başqa qətnamələr, müəyyən
siyasi qərarlar ola bilər. Gələcəkdə maddi irslə bağlı başqa təşəbbüslər də irəli
sürmək olar. İstər musiqi ilə bağlı, istər mədəniyyətin digər sahələrində. Bu
diplomatik bir işdir. Ona görə də Azərbaycan və Türkiyə münasibətləri nə qədər
dərinləşsə bizə də bir o qədər xeyir olar”.
Ayhan
18:00 30.06.2026
Oxunuş sayı: 62