Almaniya dünya çempionatı ilə vidalaşdı
Almaniya millisi 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Paraqvaya uduzaraq turnirlə erkən vidalaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Belə ki, əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Paraqvanın heyətində Xulio Ensiso, Almaniya millisində isə Kay Haverts fərqlənib.
Qalib penaltilər seriyasında müəyyənləşib. Paraqvay 4:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Paraqvay Prezidenti tarixi qələbə münasibətilə ölkədə qeyri-iş günü elan edib.
09:56 30.06.2026
Oxunuş sayı: 50