İran hakimiyyəti ABŞ təhlükəsinin azaldığını düşünür
İran hakimiyyəti ABŞ-nin hərbi kampaniyanı yenidən bərpa edəcəyini ehtimal etmir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Associated Press˝ agentliyi məlumat yayıb.
Məlumata görə, Tehrandakı rəsmilər Vaşinqtonun yaxın perspektivdə yeni hərbi əməliyyatlara başlayacağını az ehtimallı hesab edirlər.
Bununla belə, İran tərəfi regiondakı vəziyyəti diqqətlə izlədiyini və təhlükəsizlik risklərinə qarşı hazır olduğunu bildirib.
12:50 21.06.2026
Oxunuş sayı: 62