Urmiya gölündə suyun həcmi 18 dəfə artıb
İranın Urmiya gölündə suyun həcmi son aylarda əhəmiyyətli dərəcədə artıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Fars agentliyi Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəhbərinə istinadən məlumat yayıb.
Məlumata görə, ötən ilin noyabr ayında göldə suyun həcmi 240 milyon kubmetr, sahəsi isə 456 kvadratkilometr təşkil edirdi. Hazırkı göstəricilərlə müqayisə aparıldıqda suyun həcminin 18 dəfə artdığı və gölün ekoloji vəziyyətində nəzərəçarpacaq yaxşılaşmanın müşahidə olunduğu bildirilir.
Rəsmi qurum göldə su ehtiyatlarının artmasını son dövrdə yağıntıların çoxalması və həyata keçirilən bərpa tədbirləri ilə əlaqələndirib.
12:20 21.06.2026
Oxunuş sayı: 50