Britaniya Moskvaya çata biləcək yeni uzaqmənzilli raketləri sınaqdan keçirir
Böyük Britaniya potensial olaraq Moskvaya çata biləcək yeni uzaqmənzilli raketlərin sınaqlarını həyata keçirir.
Crossmedia.az xəbər verir ki, məlumatı yayan “The Telegraph” nəşrinin iddiasına görə, söhbət təxminən 250 kiloqramlıq döyüş başlığı daşıyan və 400 kilometrdən çox məsafəni qət edə bilən raket sistemlərindən gedir.
Nəşr bildirir ki, bu silah sistemləri yaxın vaxtlarda Ukraynaya təhvil verilə bilər.
Rəsmi London isə məlumatla bağlı hələlik açıqlama verməyib.
10:55 21.06.2026
Oxunuş sayı: 56