İlon Mask ABŞ büdcəsindən vətəndaşlara birbaşa pul verilməsini təklif edib
Amerikalı milyarder İlon Mask ABŞ hökumətinin süni intellekt sahəsində fəaliyyət göstərən iri şirkətlərdə pay sahibi olmasındansa, federal büdcədən vətəndaşlara birbaşa pul ödənilməsinin daha yaxşı variant olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Mask X sosial şəbəkəsində paylaşdığı fikirdə qeyd edib ki, mal və xidmətlərin qiymətlərindəki artım pul kütləsinin artımını üstələdiyi müddətdə inflyasiya yaranmayacaq. Onun sözlərinə görə, süni intellekt və robot texnologiyalarının inkişafı bu tendensiyanı gücləndirəcək.
“İnsanlara sadəcə dövlət xəzinəsindən birbaşa pul göndərmək daha yaxşıdır. Mən hətta gələcəkdə inflyasiya ilə deyil, deflyasiya ilə mübarizə aparacağımızı proqnozlaşdırıram”, – deyə Mask vurğulayıb.
10:03 21.06.2026
Oxunuş sayı: 54