İran ABŞ-la danışıqlardan geri çəkildi
İranın İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ-la danışıqların yeni mərhələsindən geri çəkildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, son günlər İsrail və Hizbullah arasında Livanda döyüşlərin yenidən şiddətlənməsi Tehran–Vaşinqton diplomatik prosesinə ciddi təsir göstərib. Mənbələr İranın məhz İsrailin Livandakı hərbi əməliyyatlarını əsas gətirərək danışıqlarda iştirakdan imtina etdiyini bildirir.
Qəzetə danışan üç diplomatın sözlərinə görə, İran rəhbərliyi Livanı öz milli təhlükəsizliyinin ayrılmaz hissəsi kimi qiymətləndirir. Onların fikrincə, Tehran 2024-cü ildə Hizbullaha qarşı İsrail əməliyyatlarının İranla birbaşa qarşıdurma riskini artırdığını nəzərə alaraq, Livandakı vəziyyətə xüsusi həssaslıqla yanaşır.
Diplomatlar əlavə ediblər ki, bu səbəbdən İran regiondakı gərginliyi danışıqlara birbaşa təsir edən əsas faktor kimi görür və hazırkı mərhələdə diplomatik prosesdən geri çəkilməyi üstün tutub.
21:32 20.06.2026
Oxunuş sayı: 58