İnquşetiyada qəhrəmanlıq faciəyə çevrildi: 8 yaşlı Xizirin axtarışları 6 gündür davam edir
İnquşetiyada 8 yaşlı Xizir Derbiçevin axtarışları artıq altıncı gündür fasiləsiz şəkildə davam etdirilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə 15 iyun tarixində baş verib. Məlumata görə, uşaq dostunu boğulmaqdan xilas etməyə çalışarkən Sunja çayına atılıb, lakin güclü axın səbəbindən özü sudan çıxa bilməyib.
Uşağın tapılması üçün bütün Qafqaz səfərbər olunub. Qonşu bölgələrdən minlərlə könüllü İnquşetiyaya gedərək xilasedicilərə, dalğıclara və digər xidmət əməkdaşlarına çayın yatağını axtarmaqda kömək edir. Axtarışlar fasiləsiz — gecə-gündüz davam etdirilir.
Hazırda bütün qüvvələr uşağın tapılması üçün səfərbər olunub və ümidlər hələ də saxlanılır.
01:56 21.06.2026
Oxunuş sayı: 47