AB qaz təchizatında Rusiya mənşəli yanacağı qəbul etməyəcək
Avropa İttifaqı(Aİ) Türkiyədən üzv ölkələrə yeni müqavilələrlə tədarük ediləcək qazın Rusiya mənşəli olmamasında israr edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Ankaraya səfərinin nəticələrindən sonra açıqlama verib.
Nazirin sözlərinə görə, Türkiyə bu mövqeyi anlayır və qəbul edir. O bildirib ki, Ankara Rusiyanın enerji resurslarından imtina etməyə Aİ-nin böyük əhəmiyyət verdiyini dərk edir.
Qeyd edilib ki, Aİ enerji siyasətində Rusiya mənşəli təchizatdan asılılığın azaldılmasını prioritet hesab edir.
22:42 20.06.2026
Oxunuş sayı: 46