ABŞ ictimaiyyəti Trampın İran siyasətindən narazıdır
˝Associated Press˝və ˝NOREC-˝in birgə keçirdiyi sorğuya əsasən ABŞ ictimaiyyətində Donald Trampın İran siyasətinə münasibətdə ciddi narazılıq olduğunu ortaya qoyub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sorğuya əsasən, amerikalıların 65 faizi Trampın İranla bağlı siyasətini dəstəkləmir və mümkün hərbi addımları həddindən artıq hesab edir. İştirakçıların böyük hissəsi ABŞ-nin regionda hərbi əməliyyatlarının genişlənməsinin əleyhinə çıxıb.
Partiyalar üzrə nəticələrə görə, narazılıq Demokratlar və müstəqil seçicilər arasında daha yüksəkdir. Bununla yanaşı, Respublikaçıların da 28 faizi prezidentin İran siyasətini tənqid edib.
Sorğu həmçinin göstərir ki, Trampın ümumi bəyənmə reytinqi 37 faiz səviyyəsində qalır və son aylarda ciddi dəyişiklik qeydə alınmayıb.
23:20 20.06.2026
Oxunuş sayı: 43