İran ABŞ-ni danışıqları dayandırmaqla hədələyib
İran nümayəndə heyəti ABŞ ilə aparılan danışıqlarda sərt xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xəbər verir ki, Əl-Ərəbiyyə telekanalının məlumatına görə, İsrailin Livana qarşı hərbi əməliyyatları davam edərsə, Tehran–Vaşinqton dialoqunun dayandırıla biləcəyi gündəmə gələ bilər.
Məlumata əsasən, İran və ABŞ arasında müzakirə olunan əsas və ən həssas mövzulardan biri məhz Livandakı vəziyyətdir. Tehran İsrailin Livanda həyata keçirdiyi hərbi addımları danışıqlar prosesinə birbaşa təsir edən faktor kimi qiymətləndirir.
Eyni zamanda bildirilir ki, Möhsün Nəqəvi bu məsələdə tərəflər arasında mesajların ötürülməsində vasitəçi rol oynaya bilər və yaxın günlərdə Tehrana mühüm mesajlar çatdıracağı gözlənilir.
21:12 20.06.2026
Oxunuş sayı: 43