Ukrayna dronları Krım və Krasnodar diyarına kütləvi hücum edib
Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın ilhaq etdiyi Krım yarımadasına və Krasnodar diyarına genişmiqyaslı hücum həyata keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hücumlar nəticəsində Kerç limanı və “Kavkaz” limanında yanğın baş verib.
Rusiya Müdafiə Nazirliyi isə ölkənin müxtəlif bölgələri, Krım, eləcə də Azov və Qara dəniz üzərində ümumilikdə 239 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.
Hadisə nəticəsində dağıntılar və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat verilməyib.
10:30 21.06.2026
Oxunuş sayı: 62