İtaliya səfirliyi Tehranda fəaliyyətini bərpa edib
İtaliyanın İrandakı səfirliyi Yaxın Şərqdə gərginliyin artması səbəbindən müvəqqəti olaraq Bakıdan fəaliyyət göstərdikdən sonra yenidən Tehranda işini bərpa edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik vəziyyətinin nisbətən sabitləşməsindən sonra diplomatik nümayəndəlik yenidən İran paytaxtına qayıdaraq fəaliyyətini əvvəlki qaydada davam etdirməyə başlayıb.
Qeyd edək ki, Yaxın Şərqdə son dövrlərdə baş verən hadisələr bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin fəaliyyətində müvəqqəti dəyişikliklərə səbəb olmuşdu. İtaliya səfirliyi də təhlükəsizlik tədbirləri çərçivəsində bir müddət fəaliyyətini Bakıdan həyata keçirirdi.
08:40 21.06.2026
Oxunuş sayı: 56