Pakistan XİN: ABŞ və İran İsveçrədə texniki məsləhətləşmələr keçirəcək
Sabah İsveçrənin Bürgenştok şəhərində ABŞ və İran arasında texniki səviyyədə danışıqların keçiriləcəyi bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə vasitəçi qismində Pakistan və Qətər nümayəndələri də iştirak edəcəklər.
Danışıqların əsas məqsədinin tərəflər arasında mövcud gərginliklərin azaldılması və diplomatik əlaqələrin texniki çərçivədə davam etdirilməsi olduğu bildirilir.
Görüş İsveçrə ərazisində baş tutacaq və prosesə ABŞ və İran rəsmiləri qatılacaq.
19:50 20.06.2026
Oxunuş sayı: 55