Taliban rəsmisi Allah böyükdür deyib telefonunu sındırdı
Əfqanıstanın Bədəxşan əyalətində Taliban üzvü Şeyx Məruf yayılan videoda smartfonunu sındıraraq bunu Allahın rizası və Taliban lideri Heybətullah Axundzadənin göstərişlərinə əməl etmək məqsədilə etdiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, Taliban hökumətinin əməkdaşlarını da telefonlarını məhv etməyə və evlərində smartfon istifadəsini qadağan etməyə çağırıb.
“Bu telefonlardakı pislik heç bir şeydə yoxdur”, – deyə Şeyx Məruf bildirib.
Taliban rəsmisinin bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi bunu nümayiş xarakterli addım adlandıraraq, belə davranışların qrup rəhbərliyinə yaxın çevrələrin rəğbətini qazanmaq məqsədi daşıdığını irəli sürüb.
20:50 20.06.2026
Oxunuş sayı: 52