Sanksiyaların yumşaldılması SEPAH-ın iqtisadi gücünü artıra bilər
ABŞ və İran arasında mümkün razılaşma nəticəsində sanksiyaların yumşaldılması və ya ləğvi İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH üçün ciddi iqtisadi üstünlüklər yarada bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, belə bir razılaşma milyardlarla dollarlıq İran aktivlərinin dondurulmasının aradan qaldırılması, neft ixracının artması və xarici investisiyaların ölkəyə qayıtmasına şərait yarada bilər.
˝Reuters˝-ün istinad etdiyi dörd yüksəkvəzifəli İran mənbəsi bildirir ki, ABŞ və bir sıra Qərb ölkələri SEPAH-ı terror təşkilatı kimi qiymətləndirsə də, məhz bu qurum sanksiyaların götürülməsindən və iqtisadi məhdudiyyətlərin yumşaldılmasından ən çox fayda əldə edə biləcək strukturlardan biri kimi görünür.
20:10 20.06.2026
Oxunuş sayı: 49