İranın XİN rəhbəri İsveçrəyə səfər edəcək
İranın xarici işlər naziri Abbas Əraqçi bu gecə Pakistanın daxili işlər naziri ilə birlikdə İsveçrəyə səfər edəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, nümayəndə heyətinin səfərinin əsas məqsədi qarşı tərəfin götürdüyü öhdəlikləri yerinə yetirib-yetirmədiyini araşdırmaqdır.
Bundan əlavə, İran tərəfi həmin öhdəliklərin icrasında nə dərəcədə ciddi yanaşıldığını qiymətləndirməyi planlaşdırır.
Səfərin nəticələri ilə bağlı əlavə məlumatların daha sonra açıqlanacağı gözlənilir.
19:40 20.06.2026
Oxunuş sayı: 45