Zaqatala sakini hovuzu təmir edərkən qaz balonu partladı, ağır yaralandı
Zaqatala rayonunda kişi ehtiyatsızlıqdan yanıb.
Crossmedia.az bu barədə xəbər verir ki, hadisə rayonun Aşağı Tala kəndində baş verib. Rayonun Dağlı kənd sakini - 1994-cü il təvəllüdlü Taleh Tahir oğlu İdrisov Aşağı Talada evin həyətindəki su hovuzunda təmir işləri apararkən qaz balonu ilə ehtiyatsız davranıb. Nəticədə partlayış baş verib, T.İdrisov ağır yanıq xəsarətləri alıb.
Ona Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bakı Yanıq Mərkəzinə köçürülüb. Yaralının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
17:10 20.06.2026
Oxunuş sayı: 49