Dubayın məhşur göydələnində yanğın baş verib
Dubayın "Əmirliklərin Maliyyə Qüllələri" adlı hündürmərtəbəli binasında yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə şahidləri binanın yuxarı mərtəbələrindən qalxan qatı tüstü və alov gördüklərini bildiriblər. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və yanğının başvermə səbəbi ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
06:40 18.06.2026
Oxunuş sayı: 51