Moskva üzərində PUA hücumu: 5 dron vurulub
Rusiya Müdafiə Nazirliyi Moskva istiqamətində hücum edən daha beş pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Moskva meri Sergey Sobyaninin verdiyi məlumata görə, PUA qalıqlarının Moskvanın “Sadovod” ticarət mərkəzinin ərazisinə düşməsi nəticəsində bəzi zədələr qeydə alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda ərazidə vəziyyət nəzarət altındadır və müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
07:37 18.06.2026
Oxunuş sayı: 59