Hakan Fidan: Türkiyənin Rusiya ilə müzakirə etməli olduğu çoxsaylı məsələlər var
Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya prezidenti Vladimir Putin ilə görüşü zamanı Ankara ilə Moskva arasında müzakirə edilməli çoxsaylı məsələlərin olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüş Kazanda keçirilən Rusiya–ASEAN Sammiti çərçivəsində baş tutub. Danışıqlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da iştirak ediblər.
Putin Moskvada keçirilən təmasları faydalı adlandırıb və Türkiyə prezidenti Recep Tayyip Erdoğan üçün ən xoş arzularını çatdırıb.
23:33 17.06.2026
Oxunuş sayı: 43