Ukrayna PUA-larının hücumu nəticəsində Luqanskda iki nəfər həlak olub
Özünü Luqansk Xalq Respublikası adlandıran qurumun rəhbəri Leonid Paseçnik bildirib ki, Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumu nəticəsində iki nəfər həyatını itirib.
Crossmedia.az bu barədə "Sputnik Armenia" istinadən xəbər verir.
Onun sözlərinə görə, bir kişi yaşayış evinə edilən dron zərbəsi nəticəsində, bir qadın isə mülki avtomobilə hücum zamanı həlak olub. Hadisə nəticəsində daha iki nəfər yaralanıb.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi yerli vaxtla saat 14:00-dan 20:00-dək Belqorod vilayəti, Bryansk vilayəti, Voronej vilayəti, Kursk vilayəti, Krım yarımadası, həmçinin Qara və Azov dənizləri üzərində 27 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.
23:23 17.06.2026
Oxunuş sayı: 49