Trampdan Rusiya, Ukrayna və Hindistanla bağlı açıqlamalar
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə dair Rusiya lideri Vladimir Putinin məsuliyyət dərəcəsini necə qiymətləndirdiyi barədə suala cavab verməkdən imtina edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. O, bunun münaqişənin həlli istiqamətində aparılan səylərlə bağlı olduğunu bildirib.
Donald Tramp həmçinin Rusiya neftinə qarşı sanksiyaların bərpası məsələsinin hazırda müzakirə olunduğunu qeyd edib.
Bundan başqa, ABŞ administrasiyasının Ukraynanın müraciəti əsasında ölkədə Amerika raketlərinin istehsalı imkanını da nəzərdən keçirdiyi bildirilir.
Tramp Hindistanla bağlı da açıqlama verərək, ölkəyə mümkün hücum halında hərbi dəstək veriləcəyini deyib. O, Hindistan Baş naziri Narendra Modi ilə bağlı çıxışında bildirib: Əgər kiminsə bu şəxsə hücum edəcəyi təqdirdə biz onun yanında olacağıq. Amma əgər yeni lider olsa, buna əmin deyiləm.
22:20 17.06.2026
Oxunuş sayı: 59