Ermənistanda deputatlığa namizəd barəsində cinayət təqibinə icazə verilib
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) Güclü Ermənistan Partiyasından deputatlığa namizəd David Kazinyana qarşı cinayət təqibinin başlanmasına icazə verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, prokurorluq Kazinyanı seçki qabağı dövrdə seçicilərə rüşvət verməkdə ittiham edir.
MSK-nın qərarından sonra hüquq-mühafizə orqanları deputatlığa namizəd barəsində cinayət işi üzrə prosessual tədbirləri davam etdirə biləcəklər.
İş üzrə araşdırma aparılır.
20:08 17.06.2026
Oxunuş sayı: 46