İsrael Katz Somaliland rəhbəri ilə görüşdə əməkdaşlığın genişləndirilməsindən danışıb
İsrail müdafiə naziri İsrael Katz özünü Somaliland adlandıran regionun rəhbəri ilə keçirilən görüşdə iki tərəf arasında əməkdaşlıqla bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir bildirib ki, tərəflər illərdir müxtəlif əməliyyatlar vasitəsilə tam məxfilik şəraitində əməkdaşlıq edirlər və bu fəaliyyətlərin təfərrüatları gizli saxlanılacaq.
O əlavə edib ki, hərbi-texniki və kəşfiyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və növbəti mərhələyə yüksəldilməsi planlaşdırılır.
23:59 17.06.2026
Oxunuş sayı: 56