Rusiya hava limanında sərnişinlər təxliyə edildi
Rusiyanın Şeremetyevo hava limanında sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə təxliyə həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata görə, sərnişinlər operativ şəkildə təhlükəsiz ərazilərə, o cümlədən təyyarələrdən endirilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.
Bildirilir ki, məhdudiyyətlər aradan qaldırılana qədər sərnişinlərin parkinqlərdən terminala keçidinə icazə verilmir və onlar təhlükəsiz zonalarda qalırlar.
Hadisənin səbəbləri ilə bağlı əlavə məlumat açıqlanmayıb.
08:07 18.06.2026
Oxunuş sayı: 47