Paşinyan: Hacıyev–Qriqoryan görüşü dinamikaya təkan verdi
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Hacıyev və Qriqoryan arasında keçirilən görüş sülh prosesinin dinamikasının bərpasına xidmət edib.
Crossmedia.az bu barədə Erməni mətbuatına istinadən xəbər verir. Paşinyan hökumətin seçkilərdən dərhal sonra əsas məqsədinin sülh prosesində əldə olunan dinamikanı itirməmək olduğunu vurğulayıb: Bizim üçün seçkilərdən sonra dərhal sülh prosesindəki dinamikanı itirməmək çox vacib idi. Sülh prosesinin öz axarına düşməsi bizim üçün xüsusi əhəmiyyət daşıyırdı.
Baş nazir həmçinin qeyd edib ki, bu formatda görüş ilk dəfə Ermənistan ərazisində keçirilib. Onun sözlərinə görə, növbəti belə görüşün Azərbaycanda təşkil olunması ehtimal edilir.
21:23 17.06.2026
Oxunuş sayı: 48