Bolqarıstan Rusiyaya qarşı 21-ci sanksiya paketinin bir hissəsinə etiraz edib
Bolqarıstan Xarici İşlər Nazirliyi Avropa İttifaqında hazırlanmaqda olan Rusiyaya qarşı 21-ci sanksiya paketinin bir hissəsini dəstəkləmədiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirlik bildirib ki, Sofiya xüsusilə enerji sektoruna yönələn məhdudiyyətlərə və Moskva Patriarxı Kirilə qarşı nəzərdə tutulan sanksiyalara qarşı çıxır.
Qeyd edilib ki, Bolqarıstanın mövqeyi ölkənin enerji təhlükəsizliyi və milli maraqları ilə bağlıdır.
21:39 17.06.2026
Oxunuş sayı: 46