Politoloq: Ermənistan seçkiləri qlobal güclər arasında mübarizənin bir hissəsi idi
Siyasi texnoloq Armen Badalyan bildirib ki, Ermənistanda keçirilən parlament seçkiləri təkcə ölkədaxili siyasi proses deyil, həm də qlobal güc mərkəzləri arasında rəqabətin təzahürü olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, seçkilər siyasi proseslərin yalnız “ilk pərdəsi”dir və Qərbin üstünlük əldə etməsi mübarizənin başa çatdığı anlamına gəlmir. Badalyan hesab edir ki, seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət, mandatların qəbul və ya rədd edilməsi kimi məsələlər daha geniş geosiyasi kontekstdə qiymətləndirilməlidir.
Ekspert iddia edib ki, Ermənistan seçkiləri mahiyyət etibarilə Rusiya və İrana qarşı yönəlmiş xarici siyasi prosesin tərkib hissəsi olub və hadisələrin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq hələlik çətindir.
Badalyan həmçinin xatırladıb ki, mayın 30-da Avrasiya İqtisadi İttifaqına üzv dörd ölkənin liderləri Ermənistanın xarici siyasət kursu ilə bağlı qərar verməsi üçün altı aylıq müddət ayrıldığını bəyan etmişdilər. Onun fikrincə, bu müddətin başa çatacağı 30 dekabrdan sonra Ermənistan iqtisadiyyatı ciddi problemlərlə üzləşə bilər.
23:57 17.06.2026
Oxunuş sayı: 40