Tramp: ABŞ-İran razılaşması neft qiymətlərinə təsir etdi
ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasında memorandumun imzalanmasından sonra neftin qiymətinin aşağı düşdüyünü bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Trampın sözlərinə görə, tərəflər arasında əldə olunan razılaşma və regionda gərginliyin azalması enerji bazarına müsbət təsir göstərib. O qeyd edib ki, bu proses nəticəsində dünya bazarında neftin qiymətində ucuzlaşma müşahidə olunur.
06:20 18.06.2026
Oxunuş sayı: 59