İlon Mask trilyon dollarlıq sərhədi keçdi
ABŞ-nin məhşur milyarderi İlon Maskın şirkəti SpaceX-in fond bazarına daxil olduğu və bunun nəticəsində onun tarixdə ilk trilyon dollar sərvətə malik şəxs olduğu iddia edilir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Musk illər ərzində PayPal, Tesla, Starlink və süni intellekt layihələri ilə böyük biznes imperiyası qurub.
Bununla belə, onun həddindən artıq böyük sərvəti ciddi siyasi təsir və beynəlxalq müzakirələrə səbəb olur. ABŞ-də o, Donald Trampın ikinci prezidentlik dövrünü dəstəkləmək üçün 300 milyon dollar xərcləməkdə ittiham olunur və Ağ Evdə vəzifə aldığı bildirilir.
Avropada isə onun sosial media platforması “X” radikal siyasi fikirlərin və süni intellektlə yaradılmış riskli kontentin yayılmasına görə tənqid edilir.
Müşahidəçilərin bir qismi Mask-ı Marsda koloniyalar qurmaq istəyən uzaqgörən bir innovator kimi görür, digərləri isə bir şəxsin bu qədər sərvət və təsir gücünün demokratik sistemlər üçün təhlükə yarada biləcəyini düşünür.
02:25 18.06.2026
Oxunuş sayı: 71