ABŞ prezidentindən Netanyahuya tənqid xarakterli mesaj
ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benjamin Netanyahu haqqında sərt açıqlamalar verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp Netanyahu ilə işləməyin asan olmadığını bildirərək onu “çox çətin adam” adlandırıb. ABŞ prezidenti həmçinin İsrail rəhbərliyinin Vaşinqtonun dəstəyinə görə minnətdar olmalı olduğunu vurğulayıb.
Trampın sözlərinə görə, əgər Iran nüvə silahına sahib olsaydı, Israil ciddi təhlükə ilə üzləşərdi.
“Əgər İranın nüvə silahı olsaydı, İsrail iki saat ərzində mövcudluğuna son qoyardı”, – deyə ABŞ prezidenti bildirib.
10:16 15.06.2026
Oxunuş sayı: 55