HƏMAS Qəzza ilə bağlı Fələstin qruplarının ortaq mövqeyini vasitəçilərə təqdim edib
HƏMAS Fələstinli qrupların Qəzza zolağında vəziyyətlə bağlı hazırladığı birgə cavabı vasitəçilərə çatdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Təşkilatın yaydığı bəyanata əsasən, Misir, Qətər və Türkiyə vasitəçiliyi ilə Qahirədə keçirilən görüşlərdə Fələstinli qruplar ortaq milli mövqe üzərində razılığa gəliblər və bu mövqe rəsmi şəkildə tərəflərə təqdim olunub.
Bildirilib ki, Fələstinli qruplar atəşkəs razılaşmasının ilk mərhələsinin bütün detallar üzrə icrasını zəruri hesab edir. Xüsusilə humanitar protokolun yerinə yetirilməsi və Qəzza zolağı ərazisində İsrail hücumlarının tam dayandırılması tələb olunur.
Məlumata görə, tərəflər regionda davam edən gərginliyin azaldılması və humanitar vəziyyətin yaxşılaşdırılması məqsədilə danışıqlar prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
23:42 14.06.2026
Oxunuş sayı: 52