NYT: Ukrayna və İran ətrafındakı münaqişələr ABŞ və Rusiyanın təsir gücünü azaldır
Ukrayna və İran ətrafında davam edən müharibələr ABŞ və Rusiyanın qlobal təsir imkanlarını zəiflədir və dünyada daha çox güc mərkəzinin formalaşdığı yeni nizamın yaranmasını sürətləndirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times nəşri yazıb.
Məqalədə qeyd olunur ki, Ukrayna müharibəsi və İran ətrafında yaranmış gərginlik hətta dünyanın ən güclü dövlətlərinin də imkanlarının məhdud olduğunu nümayiş etdirib. N
Belə ki, həm Rusiya prezidenti Vladimir Putin, həm də Amerikalı həmkarı Donald Tramp qarşıya qoyduqları məqsədlərə qısa müddətdə nail olacaqlarını düşünsələr də, gözlənilməz müqavimətlə üzləşiblər. Nəticədə münaqişələr uzanıb və tərəflər üçün daha baha başa gəlib.
Bildirək ki, Ukrayna Rusiyanın sürətli qələbə planlarını pozaraq Moskvanın hərbi əməliyyatlarını ləngidib. İran isə ABŞ və onun müttəfiqlərinin təzyiqlərinə baxmayaraq, geri çəkilməyib və cavab vermək imkanlarını qoruyub saxlayıb.
22:56 14.06.2026
Oxunuş sayı: 54