Məşhur ifaçı dünyasını dəyişdi
Braziliyada baş verən aviasiya qəzası nəticəsində ABŞ-li məşhur musiqiçi Oliver Tree həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, müğənni Rio-de-Janeyro səmasında iki helikopterin toqquşduğu zaman onlardan birinin göyərtəsində olub. Toqquşmadan sonra hər iki hava vasitəsi yerə düşərək parkinq ərazisində yanğına səbəb olub.
Hadisə nəticəsində ümumilikdə 6 nəfərin öldüyü bildirilir. Ölənlər arasında “Life Goes On”, “Jerk” və “When I’m Down” kimi mahnıları ilə tanınan Oliver Tree də yer alır. Musiqiçinin 32 yaşında olduğu qeyd edilib.
06:35 15.06.2026
Oxunuş sayı: 47