İran ABŞ ilə danışıqları davam etdirəcək
İran prezidenti Məsud Pezeşkian ölkəsinin ABŞ ilə danışıqlar kursunu davam etdirmək qərarına gəldiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
İran Ali Milli Təhlükəsizlik Şurasının qərarını açıqlayan prezident bildirib ki, bəzi KİV-lər ölkənin ali dini lideri Ali Xameneinin ABŞ ilə danışıqların aparılmasının yolverilməz olması ilə bağlı əvvəlki açıqlamalarını gündəmə gətirirlər.
Pezeşkian qeyd edib ki, o, vaxtilə bu məsələni şəxsən Ali Xamenei ilə müzakirə edib və ali dini lider ABŞ ilə "ləyaqətli şərtlər əsasında danışıqların aparılmasına və davam etdirilməsinə" icazə verib.
Qeyd edək ki, bu açıqlama İsrailin Livana zərbələri yenidən intensivləşdirdiyi və regionda gərginliyin artdığı bir vaxta təsadüf edir. İran rəhbərliyinin danışıqları davam etdirmək niyyəti isə Tehran-Vaşinqton münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
22:32 14.06.2026
Oxunuş sayı: 65