İran nüvə fəaliyyətini açıq apararsa, sanksiyalar ləğv oluna bilər
Böyük Britaniya, Almaniya, İtaliya və Fransa İranın nüvə fəaliyyətini açıq və şəffaf şəkildə həyata keçirəcəyi təqdirdə bu ölkəyə qarşı tətbiq olunan sanksiyaların ləğvi imkanını nəzərdən keçirir.
Crossmedia.az TASS-a istinadən bildirir ki, bu barədə dörd ölkənin birgə bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, əgər Tehran nüvə proqramı ilə bağlı fəaliyyətini beynəlxalq ictimaiyyət qarşısında açıq şəkildə aparsa və bu sahədə şəffaflığı təmin etsə, ona qarşı mövcud məhdudiyyətlərin yumşaldılması və ya tamamilə aradan qaldırılması məsələsi müzakirə oluna bilər.
07:26 15.06.2026
Oxunuş sayı: 57