Rusiyada PUA hücumu - Ölənlər və yaralananlar var
Rusiyanın Tula vilayətində pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində ilkin məlumata görə, üç nəfər həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilib ki, hücum zamanı daha üç nəfər, o cümlədən bir yaşlı uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların tibbi yardım aldığı qeyd olunur.
07:00 15.06.2026
Oxunuş sayı: 49