ABŞ-dən kritik addım: İranla razılaşma olarsa, Hörmüz açılacaq
ABŞ hərbçilərinə İranla razılaşma imzalanacağı təqdirdə, cümə günü Hörmüz boğazında tətbiq olunan blokadanın aradan qaldırılması ilə bağlı tapşırıq verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN telekanala açıqlamasında amerikalı rəsmi bildirib.
Onun sözlərinə görə, hazırda vəziyyət bu şəkildə qiymətləndirilir, lakin cümə gününə qədər vəziyyət dəyişə bilər.
Mənbə qeyd edir ki, qərarın həyata keçirilməsi İranla əldə olunacaq mümkün razılaşmanın şərtlərindən və regiondakı son vəziyyətdən asılı olacaq. Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
09:17 15.06.2026
Oxunuş sayı: 63