Ukrayna rus dilini müdafiə olunan dillər siyahısından çıxardı
Rusiya Xarici İşlər Nazirliyi Ukrayna hakimiyyətinin rus dilini ölkədə xüsusi müdafiə olunan dillər siyahısından çıxarmaq qərarını kəskin tənqid edib.
Crossmedia.az xəbər verir ki, nazirliyin yaydığı bəyanatda bu addımın rusdilli əhalinin hüquqlarının pozulması olduğu iddia edilib. Rusiya XİN qərarı "neofaşizmin təzahürü" kimi qiymətləndirərək, Kiyevi milli azlıqların hüquqlarına hörmət etməyə çağırıb.
Qeyd edək ki, Ukrayna hakimiyyəti son illərdə dövlət dilinin mövqeyinin gücləndirilməsi istiqamətində bir sıra qərarlar qəbul edib. Bu addımlar isə Rusiya tərəfindən mütəmadi olaraq tənqid olunur
09:02 13.06.2026
Oxunuş sayı: 55