İranın raket proqramı danışıqlardan çıxarıldı
İranın raket proqramı ABŞ ilə aparılan nüvə danışıqları çərçivəsində gündəlikdən çıxarılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı IRNA yayıb.
Agentliyin məlumatına əsasən, Vaşinqton və Tehran arasında müzakirə olunan çərçivə sazişi yeddi ümumi prinsipə əsaslanır və təklif edilən 60 günlük danışıqlar yalnız üç əsas istiqaməti əhatə edəcək.
Bunlara Nüvə proqramınin davamı, ABŞ-nin birtərəfli sanksiyalarının ləğvi və mümkün kompensasiya mexanizmi daxildir.
Məlumatda qeyd olunur ki, İranın raket imkanları danışıqların mövzusuna daxil edilməyəcək və bu məsələ gündəlikdən kənarda qalacaq.
18:08 12.06.2026
Oxunuş sayı: 49