“Güclü Ermənistan” bloku seçki nəticələrini tanımır
Rusiyanın paytaxtı Moskvadan səslənən açıqlamalara görə, iş adamı Samvel Karapetyan vasitəsilə Ermənistan seçkilərinin nəticələrinin ləğv edilməsi tələb olunur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
"Güclü Ermənistan" blokunun rəhbəri Samvel Karapetyan ölkənin Mərkəzi Seçki Komissiyasına müraciət edərək parlament seçkilərinin nəticələrinin etibarsız sayılmasını istəyib.
Söhbət 7 iyunda keçirilmiş səsvermədən gedir. Nəticələrə əsasən, Vətəndaş Müqaviləsi 49,81% səslə qalib gəlib. Samvel Karapetyannin bloku 23,29% səs toplayaraq ikinci yeri tutub. Ermənistan Alyansı 9,94% səs əldə edib, Çiçəklənən Ermənistan isə 3,996% ilə keçid baryerini aşa bilməyib. Seçkidə iştirak faizi 58,97% olub.
Məlumatda qeyd olunur ki, Moskvanın mövqeyi seçkilərdən sonra daha da sərtləşib. Rusiya Xarici İşlər Nazirliyi rəsmiləri Ermənistan hakimiyyətini “repressiyalar” və demokratiyanın pozulmasında ittiham edib.
Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, seçki kampaniyası və səsvermə prosesi müxalifətə qarşı təzyiqlər fonunda keçib. Moskva, həmçinin Rusiya ilə əməkdaşlığı dəstəkləyən siyasi qüvvələrə qarşı təzyiqlərin artdığını iddia edib.
15:22 12.06.2026
Oxunuş sayı: 57