Putin rayonunda Kadırov bulvarı salınacaq
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, Qroznıdə, Rusiya Prezidenti Vladimir Putinin adını daşıyan rayonda Axmat Kadırov adına bulvar inşa ediləcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, layihə çərçivəsində müasir piyada zonası salınacaq və konsepsiya Qroznı Şəhər İnkişaf İnstitutu tərəfindən hazırlanıb.
Qroznı şəhər meri Xas-Maqomed Kadırov bildirib ki, layihə barədə Çeçenistan rəhbərliyinə hesabat təqdim olunub və işlər plan üzrə davam edir.
Yeni bulvarın şəhərin əsas ictimai məkanlarından birinə çevriləcəyi gözlənilir.
15:14 12.06.2026
Oxunuş sayı: 54