Azərbaycanda güclü zəlzələ olub - YENİLƏNİB
Qələbədə 5.1 bal gücündə zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Qəbələ stansiyasından 11 km cənub-qərbdə, zəlzələ ocağı 42 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3-5 bala qədər hiss olunub.
15:21
Bu dəqiqələrdə Azərbaycanın şimal-qərb rayonlarında zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, zəlzələ Oğuz və Ağdaş daxil olmaqla bir neçə rayonda hiss edilib.
Smartfonlara gələn xəbərdarlıqda zəlzələnin maqnitudasının 5,1 bal olduğu qeyd olunub.
15:31 12.06.2026
Oxunuş sayı: 213