NATO-nun Avropadakı əməliyyat imkanları ABŞ-nin qərarından asılı ola bilər
Avropadakı əməliyyat imkanlarının ABŞ-nin qərarından asılı olaraq məhdudlaşdırıla biləcəyi bildirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, alyans daxilində müzakirə olunan yeni yanaşmalara əsasən, ABŞ-nin müəyyən hərbi və logistika dəstəyini məhdudlaşdırması NATO-nun Avropadakı operativ fəaliyyətinə birbaşa təsir göstərə bilər.
Məlumata görə, ABŞ-nin mümkün qərarları xüsusilə kəşfiyyat, hava nəqliyyatı və strateji dəstək sahələrində alyansın imkanlarını azalda bilər.
Bununla belə, NATO rəsmiləri təşkilatın kollektiv müdafiə prinsipi çərçivəsində fəaliyyətini davam etdirdiyini və Avropadakı hərbi hazırlığın yüksək səviyyədə saxlanıldığını bildirirlər.
Məsələ ilə bağlı rəsmi açıqlamalar hələlik məhdud xarakter daşıyır.
14:48 12.06.2026
Oxunuş sayı: 63