SEPAH-dan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq: Razılaşdırılmadan keçid mümkün deyil
SEPAH (İran İnqilab Keşikçiləri Korpusu) Hörmüz boğazından keçən gəmilərə dair yeni xəbərdarlıq yayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, SEPAH bölgədən keçən ticarət və yük gəmilərinə əvvəlcədən razılaşdırılmadan Hörmüz boğazı istiqamətində hərəkət etməmələri barədə xəbərdarlıq edib.
Qurumun açıqlamasında bildirilib ki, boğazda təhlükəsizlik və nəzarət məsələləri xüsusi həssaslıq daşıyır və istənilən hərəkət müvafiq koordinasiya olmadan həyata keçirilməməlidir.
Qeyd olunur ki, İran üçün strateji əhəmiyyət daşıyan bu dəniz keçidi regionda ən vacib enerji daşınma marşrutlarından biri hesab olunur.
Məsələ ilə bağlı əlavə detallar açıqlanmayıb.
14:32 12.06.2026
Oxunuş sayı: 54