ABŞ və İran arasında 60 günlük atəşkəs planı
ABŞ və İran arasında yeni razılaşma layihəsi 60 günlük atəşkəsin uzadılmasını və İranın nüvə proqramı üzrə danışıqların bərpasını nəzərdə tutur.
Crossmedia.az "Axios" nəşrinə istinadən xəbər verir ki, sənədə əsasən, tərəflər arasında əldə oluna biləcək razılaşma çərçivəsində Hörmüz boğazının gəmiçilik üçün dərhal açılması, həmçinin İranın öhdəliklərə əməl etməsi qarşılığında ABŞ-nin sanksiyalarının mərhələli şəkildə yumşaldılması planlaşdırılır.
Məlumata görə, müzakirələrdə BMT müfəttişlərinin nəzarəti altında İranın mövcud uran ehtiyatlarının zənginləşdirmə səviyyəsinin azaldılması məsələsi də yer alır.
İran Xarici İşlər Nazirliyi isə bildirib ki, hələlik yekun qərar qəbul edilməyib. Bununla belə, razılaşma layihəsinin artıq ən yüksək siyasi səviyyədə ilkin razılıq aldığı qeyd olunur.
14:00 12.06.2026
Oxunuş sayı: 54